Əsas məzmuna keç

Küveytdə yeni hökumət and içib - 15.05.2024 23:54

Küveytdə yeni hökumət and içib - 15.05.2024 23:54

Küveytdə Abdulla əl-Əhməd əs-Sabahın rəhbərlik etdiyi yeni and içib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Küveytin rəsmi agentliyi KUNA xəbər verib ki, Əhməd Abdulla əl-Əhməd əl-Sabah və 13 nazirdən ibarət yeni hökumət əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə and içib.

Küveyt əmiri Sabah andiçmə mərasimindəki çıxışında ", şəffaflıq və dürüstlük prinsiplərini gücləndirmək üçün" əvvəllər razılaşdırılmış islahatları davam etdirəcəklərini bildirib.

Vəzifələrinə etinadsız yanaşanları məsuliyyətə cəlb edəcəklərini qeyd edən Sabah hökumətdən strateji inkişaf layihələrinin icrasının sürətləndirilməsini, fəaliyyət planı və təqvim əsasında prioritetlərin müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və onlarla əməkdaşlıq çərçivələrinin inkişaf etdirilməsini istəyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…