Kütləvi dava zamanı 1 nəfər qətlə yetirilib, daha 2 nəfər yaralanıb

Kütləvi dava zamanı 1 nəfər qətlə yetirilib, daha 2 nəfər yaralanıb
28.05.2023 10:27
Aa
dəq

Gədəbəydə kütləvi dava zamanı 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarəti alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri: 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib, nəticədə T.Tapdıqov ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb
DAVAMIN OXU davamın oxu

İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb

İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyənləşdirilməsi üçün görüləcək işlər açıqlanıb
DAVAMIN OXU davamın oxu

DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib

DVX 1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edib
DAVAMIN OXU davamın oxu

ADNA-da terror aktı törədilməsindən 15 il ötür

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
DAVAMIN OXU davamın oxu

DİN: Anar Məmmədli saxlanılıb, barəsində araşdırma aparılır

DİN: Anar Məmmədli saxlanılıb, barəsində araşdırma aparılır
DAVAMIN OXU davamın oxu