Operativ Məlumat Mərkəzi

Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər yaralanıb

1 dəq
Paylaş:
Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər yaralanıb
hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Opel" və "Toyota" markalı markalı avtomobillər...

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota" markalı markalı avtomobillər toqquşub.

Nəticədə "Toyota"da olan iki nəfər Sabirabad rayon sakini, 46 yaşlı Abbasov Babək Yusif oğlu və Kürdəmir rayon sakini 22 yaşlı Mirzəyeva Könül Azər qızı, eləcə də "Opel"də olan Kürdəmir rayon sakini, 30 yaşlı Süleymanov Tural Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər