Əsas məzmuna keç

Kür çayında batan 13 yaşlı qızın meyiti tapılıb

Kür çayında batan 13 yaşlı qızın meyiti tapılıb

meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan...

Bir neçə gün əvvəl çayında batdığı ehtimal edilən Zərdabın kənd sakini 13 yaşlı qızın meyiti tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan tapılaraq çıxardılıb.

Xatırladaq ki, dekabrın 24-də Kür çayının rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində 8-ci sinif şagirdinin batması ehtimal edilirdi. Azyaşlının atasının sözlərinə görə, səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun batması ehtimalını artırıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…