Kür-Bakı magistral su kəmərinin qəzalı hissəsi ilin sonundan dəyişdiriləcək

Kür-Bakı magistral su kəmərinin qəzalı hissəsi ilin sonundan dəyişdiriləcək
26.05.2023 16:08
Aa
dəq

Kür-Bakı magistral su kəmərinin qəzalı olan 76 km-lik hissəsi bu ilin sonundan dəyişdirilməyə başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Xəzər suyunun şirinləşdirilməsi üçün zavod Ələt qəsəbəsində tikiləcək: "Həmin su da magistral kəmərlə Bakıya gətiriləcək. Ona görə Kür-Bakı su kəmərinin qəzalı hissəsi dəyişdiriləcək".

Həftənin ən çox oxunanları