Operativ Məlumat Mərkəzi

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

1 dəq
Paylaş:
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyunun 4-ü gündüz saatlarına kimi davam edəcək....

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyunun 4-ü gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, dənizdə isə arabir 30 m/s- dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər