Operativ Məlumat Mərkəzi

Kubada güclü zəlzələlər enerji infrastrukturuna ziyan vurub

1 dəq
Paylaş:
Kubada güclü zəlzələlər enerji infrastrukturuna ziyan vurub
bu barədə Kuba Milli Enerji Şirkəti məlumat yayıb. Xüsusilə, yeraltı təkanların qeydə alındığı Santyaqo-de-Kuba və Qranma əyalətlərində transformatorlara...

Bazar günü Kubanın şərqində baş verən zəlzələlər elektrik infrastrukturunu zədələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kuba Milli Enerji Şirkəti məlumat yayıb.

Xüsusilə, yeraltı təkanların qeydə alındığı Santyaqo-de-Kuba və Qranma əyalətlərində transformatorlara və kabellərə ziyan dəyib. Nəticədə elektrik enerjisi sisteminin işində fasilələr yaranıb və hazırda onun bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, ötən gün Kubada 5,9 və 6,8 bal gücündə iki zəlzələ qeydə alınıb. Ölkə Prezidenti Migel Dias-Kanel “X”də yazıb ki, bölgədə sürüşmə və dağıntılar yaranıb. Ölənlər barədə məlumat verilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər