Ukrayna hərbi qüvvələri Rusiyanın Kstovo şəhərində neft emalı zavodunu vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dronla endirilən zərbədən sonra müəssisədə yanğın baş verib.
Zərbənin törətdiyi fəsadların təfərrüatı hələlik müəyyən edilməyib.
Qeyd edək ki, hədəf Ukrayna ilə sərhəddən 775 kilometr məsafədə yerləşir.