İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, Hörmüz boğazı bir daha əvvəlki kimi olmayacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qurumun məlumatında qeyd olunub.
Məlumatda bildirilib ki, Hərbi Dəniz Qüvvələri açıqlamasında ABŞ və İsrail üçün Hörmüz boğazının əvvəlki statusuna heç vaxt qayıtmayacağını vurğulayıb.
Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri İran hakimiyyətinin Fars körfəzində yeni nizam yaratmaq planının həyata keçirilməsi üçün əməliyyat hazırlıqlarını tamamlayır.