Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH ABŞ-nin Fars körfəzindəki bazalarını hədələdi

1 dəq
Paylaş:
SEPAH ABŞ-nin Fars körfəzindəki bazalarını hədələdi

İran mediasının məlumatına görə,

İran İslam İnqilabı Keşikçiləri Korpusu () ABŞ-nin boğazını blokadaya alması fonunda Fars körfəzinin cənubundakı Amerika bazalarını hədəfə ala biləcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SEPAH sözçüsü İbrahim Zülfüqari açıqlama verib.

“ABŞ-nin Fars körfəzinin cənubundakı bütün bazaları yaxın gələcəkdə zərərsizləşdiriləcək”, - deyə o bildirib.

Məlumata görə, açıqlama mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumdan sonra səsləndirilib.

Bildirilir ki, dronlardan biri Əl-Dəfra bölgəsində Bərəkə Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna çırpılıb və nəticədə yanğın baş verib.

Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax