İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İrana qarşı mümkün yeni hücumların ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, İrana qarşı təcavüz yenidən təkrarlanarsa, müharibə bu dəfə region sərhədlərini aşacaq.
“Əgər İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilmiş regional müharibə bu dəfə regiondan kənara çıxarılacaq”, - deyə açıqlamada vurğulanıb.
SEPAH həmçinin bildirib ki, İran ABŞ və İsrailə qarşı bütün imkanlarından hələ istifadə etməyib.
Qurum düşmənlərin gözləmədiyi məkanlarda “sarsıdıcı zərbələr” endiriləcəyi ilə bağlı xəbərdarlıq edib.