"Crocus City Hall" rəhbərliyi müşahidə kameralarından bütün kadrları istintaqa təhvil verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Crocus Group"un sahibinin oğlu Emin Ağalarov "Rossiya-24" telekanalının efirində deyib.
"Kadrları Rusiya İstintaq Komitəsinə verdik. "Crocus City Hall" çox sayda kamera ilə təchiz olunmuşdur, bütün kadrlar istintaqa verildi, həmin kadrları heç özümüz görməmişik".