“Bayer”in və Kamerun millisinin 20 yaşlı hücumçusu Kristian Kofan klubla müqaviləsini uzatmaqdan imtina edib.
“Bild”in məlumatına görə, futbolçunun qərarı İngiltərənin “Mançester Yunayted” və “Arsenal” klublarının ona maraq göstərdiyi vaxtda məlum olub.