Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Krım yarımadasının Kirovski rayonunda dəmiryolu relsləri zədələnib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Krımdakı separatçıların başçısı Sergey Aksenov məlumat yayıb.
O, hadisə nəticəsində hər hansı xəsarət və itkinin olmadığını söyləyib.
S.Aksenov bildirib ki, ərazidə müvafiq qurumlar tərəfindən təmir-bərpa işlərinə başlanılıb.
Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.