Kremlin sözçüsü: “Putin Heydər Əliyevin siyasi müdrikliyini yüksək qiymətləndirib”

Kremlin sözçüsü: “Putin Heydər Əliyevin siyasi müdrikliyini yüksək qiymətləndirib”
10.05.2023 11:16
Aa
dəq

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin siyasi müdrikliyini və onun nəzər nöqtəsini yüksək qiymətləndirib”.

"Operativ Məlumat Mərkəzi-OMM" “News.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, mayın 10-da anadan olmasının 100 ili tamam olan Heydər Əliyevlə Rusiya lideri arasında yaxın münasibətlər olub.

“Prezident Putinin Heydər Əliyevlə çox yaxın münasibətləri var idi. O, həqiqətən də Əliyevə böyük hörmətlə yanaşırdı. Onlar arasında dəfələrlə görüşlər olub. Əslində, Rusiya və Azərbaycan arasında bu gün mövcud olan ikitərəfli münasibətlərin möhkəm təməli həmin illərdə qoyulub. Putin İlham Əliyevlə də eyni münasibətdədir. Bu münasibətlərin təməli o vaxt qoyulub. Təbii ki, Heydər Əliyevin ümumi tariximizdə, Sovet İttifaqının tarixində oynadığı rolu qiymətləndirməmək mümkün deyil. Bu rol həqiqətən də çox böyükdür”, - Kremlin sözçüsü vurğulayıb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu