Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya “kağız pələng” deyil, “kağız ayılar” olmadığı halda ayıya daha yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Kreml rəsmisi ABŞ Prezidenti Donald Trampın Rusiyanı "kağız pələng" adlandıran sözlərini şərh edərkən deyib: "Rusiya mütləq pələng deyil. Axı Rusiya daha çox ayı ilə müqayisə olunur. "Kağız ayılar" yoxdur və Rusiya əsl ayıdır".