Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) qoşunlarının Ukraynadakı döyüş bölgəsinə göndərilməsi alyansla Rusiya arasında münaqişəyə səbəb olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Emmanuel Makronun sözlərini şərh edərkən bildirib.
"Bu halda biz imkandan yox, qaçılmazlıqdan danışmaq lazımdır. Biz bunu belə qiymətləndiririk. Bu ölkələr də bunu eyni cür qiymətləndirməli və bundan xəbərdar olmalıdırlar", - deyə Peskov qeyd edib.