Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqları şərh edərkən, ölkələr arasında münasibətlərin bərpası istiqamətində ilk addımın atıldığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veriri ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Kreml nümayəndəsi qeyd edib ki, nəticə çıxarmaq hələ tezdir, lakin əhval-ruhiyyə işgüzardır.
Onun sözlərinə görə, keçmiş danışıqlar da Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm addım olub.