Əsas məzmuna keç

Kraudfandinq qanunu qəbul edildi

Kraudfandinq qanunu qəbul edildi

Azərbaycanda alternativ maliyyələşmə sahəsində yeni dövr başlayır. İnvestisiya platformaları üçün tətbiq ediləcək qaydalar və sahibkarları nələr gözləyir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Məclisin bu gün keçirilən plenar iclasında " haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.

Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunlar, digər normativ hüquqi aktlar, habelə Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.

Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.

azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər "Ələt Azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 07.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…