Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kral III Çarlzın ABŞ səfəri atışmadan sonra ləğv edilir?

2 dəq
Paylaş:
Kral III Çarlzın ABŞ səfəri atışmadan sonra ləğv edilir?

-də baş verən insidentə baxmayaraq III Çarlzın səfərinin plan üzrə davam edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə saray rəsmi məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonda ABŞ Prezidenti Tramp və administrasiyasının qatıldığı şam yeməyində bir şəxsin atəş açması ilə nəticələnən hadisə səfər proqramına təsir etməyəcək.

Qeyd olunub ki, 27 apreldə başlayacaq səfər Böyük Britaniya ilə ABŞ arasında münasibətlərdə gərgin fonunda baş tutur.

Məlumata görə, səfərin əvvəlində Kral III Çarlz və Kraliça Kamilla ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampla qapalı çay süfrəsində iştirak edəcəklər.

Bildirilib ki, kral cütlüyü daha sonra Vaşinqtonda Britaniya səfirinin iqamətgahında bağçada qəbul təşkil edəcək.

Qeyd edilib ki, paytaxtda sonuncu belə qəbul 1939-cu ildə Kral VI Georqun dövründə keçirilib.

Məlumata əsasən, çərşənbə axşamı kral cütlüyü rəsmi şəkildə Ağ Evdə qarşılanacaq və həmin gün Kral III Çarlz ABŞ Konqresində çıxış edəcək.

Qeyd edək ki, bu, tarixdə ikinci belə çıxışdır; birincisi 1991-ci ildə Kraliça II Yelizaveta tərəfindən edilib.

Bildirilib ki, 28 aprel axşamı ABŞ Prezidenti tərəfindən kral cütlüyün şərəfinə dövlət şam yeməyi təşkil olunacaq.

Səfər proqramına həmçinin 11 sentyabr Memorialına ziyarət, Nyu-Yorkda qəbul və Virciniya Milli Meşəsində fasilə də daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax