Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Kotlyarovka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Rusiya ordusunun Ukrayna cəbhəsində mövqelərini möhkəmləndirməkdə davam etdiyi vurğulanan bəyanatda deyilir: “Mərkəzi Hərbi Qrup bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Kotlyarovka qəsəbəsi azad edilib”.