"İran layiqli cavabını alacaq''- Millət vəkili

"İran layiqli cavabını alacaq''- Millət vəkili
04.04.2023 19:09
Aa
dəq

Molla rejimi öz çürük təfəkkürü ilə qeyri-iş günündə “Azərbaycan mediasının İrana qarşı təhqiramiz hərəkətlərinə son qoyulmasını və təzminat ödənilməsini” tələb edən nota göndərmişdi. Həqiqətən də, belə üzsüzlüyə, eləcə də XXI əsrdə belə gülünc məzmuna çox nadir hallarda rast gəlmək mümkündür. İran Azərbaycan dövlətini mediaya “təzyiq göstərməyə” çağırmaqla əslində özünü ifşa edir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Bəhruz Məhərrəmov deyib.

"Tehran etiraf etmiş olur ki, Azərbaycana münasibətdə çirkin hədyanlar yağdıran fars təxribat maşınının arxasında məhz İran dövləti özü dayanır. Əslində bu bizim üçün sirr deyildi və xüsusən Azərbaycanı hədəfə alan "Səhər" kanalı kimi çirkab yuvalarının İran xüsusi xidmət orqanları və Sepahla bağlılığı hər kəsə bəllidir. Bu mənada Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə cavab notası ilə bərabər, həm də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısının təqdim olunması tutarlı adekvat reaksiya hesab olunmalıdır".

Deputat qeyd edib ki, İran əslində özü başa düşməlidir ki, vəziyyətin bu həddə çatmasına ilk növbədə çirkab İran mediasında Azərbaycan dövləti, rəsmiləri haqqında yayılan təhqir, böhtan və qərəzli məlumatlar, habelə İran dini-siyasi xadimlərinin təcavüzkar ritorikası səbəb olub.

"Amma real mənzərə ondan ibarətdir ki, regionda erməni terroruna əsas dəstəyi verən, işğal dövründə ərazilərimizi talan edən, dağıdılan məscidlərin daşlarını öz bazarlarında satan, biz 2020-ci ildə işğala son qoyub məscidləri donuz tapdağından qurtararkən Ermənistana kömək üçün hərbi dəstələr göndərən, gizli yollarla Qarabağa diversantlar ezam edən, köstəbək kimi gizli yollarla separatçılara silah-sursat daşıyan, beynəlxalq qoruma altında olmalı olan səfirliyimizə dövlət səviyyəsində terror hücumunun təşkilatçısı olan terrorçu rejim ölkələrimiz arasındakı münasibətlərə xələl gətirən, anlaşılmazlıqları daha da dərinləşdirən bu üslubdan əl çəkmək niyyətində deyil. Təbii ki, seçim özlərinindir, amma Tehran işğal ortağı kimi 2020-ci ildəki ağır məğlubiyyətini unutmamalıdır! Anlamalıdır ki, nə addım atır atsın, misli ilə cavabını alacaq".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu