Əsas məzmuna keç

Korrupsiya ilə bağlı məlumatlara 20 iş günü ərzində baxılacaq

Korrupsiya ilə bağlı məlumatlara 20 iş günü ərzində baxılacaq

Dövlət qurumlarına rüşvətxorluq faktları ilə bağlı edilən müraciətlərə baxılma müddəti dəyişdi. Yeni qaydalar vətəndaşların şikayətlərinə necə təsir edəcək?

en ru

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatlar dərhal qeydə alınacaq, 20 iş günü ərzində baxılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, səlahiyyətli struktur (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən dərhal sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.

Səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini poçt vasitəsilə və ya elektron formada məlumat verən şəxsə bildirməlidir. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda təşkilat rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ var.

Sənədə görə, araşdırmanın gedişində əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda səlahiyyətli struktur bölmə (şəxs) təşkilatın digər qurumlarına və ya digər təşkilatlara göndərə bilər. Bu halda həmin sorğu yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…