Konstitusiya Məhkəməsinin sədri beynəlxalq müşahidəçiləri seçki prosesi ilə bağlı məlumatlandırıb

Konstitusiya Məhkəməsinin sədri beynəlxalq müşahidəçiləri seçki prosesi ilə bağlı məlumatlandırıb
06.02.2024 15:50
Aa
dəq

Konstitusiya Məhkəməsində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı sədr Fərhad Abdullayev Azərbaycanda seçki prosesinin ildən-ilə müasirləşdiyini qeyd edib.

O, Konstitusiya Məhkəməsinin prezident seçkiləri ilə bağlı konstitusiyada və qanunlarda təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, MDB Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin rəyləri və təklifləri seçki prosesi üçün əhəmiyyətlidir.

MDB Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri təqdim olunan məlumata görə təşəkkürünü ifadə edərək, öz fəaliyyəti və məqsədləri barədə danışıblar. Beynəlxalq müşahidəçilər bildiriblər ki, seçkilər ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycanda qarşıdakı növbədənkənar prezident seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Görüş zamanı seçki prosesi ilə bağlı hüquqi məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu