ABŞ konqresmenlərinin bir hissəsi Amerika kəşfiyyatının Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı mənfi proqnozuna görə Kiyevə yeni hərbi yardım ayrılmasına qarşı çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Əks-hücumun nəticələrini nəzərə alaraq, bəzi respublikaçılar indi prezident Cozef Baydenin Ukraynaya 20 milyard dollardan çox yardım istəməsinə etiraz ediblər.