"Komandamda qələbə qazanmaq istəyi yox idi" – Xavi

"Komandamda qələbə qazanmaq istəyi yox idi" – Xavi
27.02.2023 14:10
Aa
dəq

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 23-cü turunun “Almeriya” ilə oyunundan sonra (0:1) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Mundo Deportivo"-ya istinadən xəbər verir ki, o, qələbəyə layiq olmadıqlarını deyib:

"Biz uğursuz çıxış etdik. Heç bir bəhanəmiz yoxdur. Komandamda intensivlik, qələbə qazanmaq istəyi yox idi. Məni ən çox narahat edən məqam budur. Azarkeşlərdən üzr istəyirik. Böyük fürsəti əldən verdik. Üç ildir ki, La Liqanı qazana bilmirik. Qələbəyə layiq deyildik.

Məsuliyyəti öz üzərimizə götürməliyik. Çox qəzəbliyəm. Fasilədən sonra əlimizdən gələni etməyə çalışdıq, amma bu, kifayət etmədi. Hər şey üçün gec idi. İlk hissədəki çıxışımız mövsüm ərzində ən pis oyunumuz idi".

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlinə 59 xalla başçılıq edir. "Almeriya" isə 25 xalla 14-cü pillədə qərarlaşıb.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu