Operativ Məlumat Mərkəzi

Kolumbiya və Çili İsraildən səfirlərini geri çağırıb

1 dəq
Paylaş:
Kolumbiya və Çili İsraildən səfirlərini geri çağırıb
bu barədə hər iki dövlət başçısı açıqlama verib. Kolumbiya Prezidenti Qustava Petro İsrailin Fələstin xalqına qarşı törətdiyi qətliamlarla bağlı "X"...

Kolumbiya və Çili Qəzzaya hücumlarına cavab olaraq İsraildəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hər iki dövlət başçısı açıqlama verib.

Kolumbiya Prezidenti Qustava Petro İsrailin Fələstin xalqına qarşı törətdiyi qətliamlarla bağlı "X" sosial mediasında paylaşım edib.
Paylaşımda: "İsraildəki səfirimizi məsləhətləşmək üçün çağırmağa qərar verdim. İsrail Fələstin xalqına qarşı qırğınlarını dayandırmasa, biz orada ola bilmərik",- deyə qeyd olunub.

Çili prezidenti Qabriel Boric açıqlamasında İsrailin Qəzza zolağında beynəlxalq insan haqları qanunlarını pozduğunu və Çilinin Təl-Əvivdəki səfirini məsləhətləşmələr üçün ölkəyə dəvət etdiyini bildirib.

"Çili bu hərbi əməliyyatları qətiyyətlə pisləyir və onları narahatlıqla izləyir", - deyə Boric qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər