Kiyevdə Rusiyanın raket hücumu nəticəsində yaralananların sayı 53-ə yüksəlib - YENİLƏNİB - 2

Kiyevdə Rusiyanın raket hücumu nəticəsində yaralananların sayı 53-ə yüksəlib - YENİLƏNİB - 2
13.12.2023 10:00
Aa
dəq

Rusiya hərbçilərinin Kiyevə raket hücumu nəticəsində yaralananların sayı 53-ə çatıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqramda yazıb.

Qeyd olunub ki, onlardan 20-si xəstəxanaya yerləşdirilib.

33 nəfərə isə həkimlər yerindəcə tibbi yardım göstərib.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumunun dəf edilməsi zamanı 45 dinc sakin yaralanıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, yaralıların hamısı Dnipro rayonundandırlar. Bildirilib ki, xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var. 27 nəfər yerindəcə tibbi yardım göstərilib.

Meriya açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib. Hospitalın pəncərələri sınıb, bir nəfər yaralanıb.

Qeyd edək ki, teleqramdakı monitorinq kanalları Rusiyanın Kiyevə “Iskander” olduğu güman edilən dörd ballistik raket atdığını bildirmişdilər, lakin bununla bağlı rəsmi məlumat hələlik verilməyib.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə atdığı raketlərin havada zərərsizləşdirilməsindən sonra yaşayış ərazilərinə düşməsi nəticəsində 25 nəfər yaralanıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko teleqramda açıqlayıb.

Bildirilib ki, havada zərərsizləşdirilmiş raketlər yaşayış massivlərinə düşərək yanğına səbəb olublar. Şəhərin Dnipro rayonunda qalıqlar binanın fasadını zədələyib və yeddinci mərtəbədə yanğına səbəb olub. Sakinlər təxliyə olunub.

“Xeyli sayda zərərçəkmiş var. Zədələr əsasən partlayış dalğasından qırılmış pəncərə şüşələrinin kəsikləri ilə əlaqədardır”, - Kiyev Şəhər Hərbi Administrasiyası bildirib.

Kliçkonun məlumatına görə, Dnipro rayonunda 25 nəfər yaralanıb. Onlardan 13-ü xəstəxanaya qaldırılıb, 12-nə yerindəcə yardım edilib. Həmçinin binanın həyətində dörd avtomobil yanıb. Eyni zamanda, yaxınlıqda uşaq bağçasına da zərər dəyib. Bundan başqa, raket qalıqları şəhərin digər rayonlarında da fəsadlara yol açsa da, dinc əhali arasında itki olmayıb.

Həftənin ən çox oxunanları

Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşüb

Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşüb
DAVAMIN OXU davamın oxu

Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək

Avropa İttifaqı Ukraynaya 35 milyard avro kredit verəcək
DAVAMIN OXU davamın oxu

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır
DAVAMIN OXU davamın oxu

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Dünyada yeni virus yayıldı - Yoluxanlar var

Dünyada yeni virus yayıldı - Yoluxanlar var
DAVAMIN OXU davamın oxu