Səhər saatlarında Kiyevdə silsilə güclü partlayışlar baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hadisə şahidlərinin TASS-a verdiyi məlumatda bildirilib.
Partlayış səsləri Solomenski və Şevçenkovski rayonlarında eşidilib.
Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə sisteminin intensiv işlədiyini bildirib. O, şəhərin Podolski rayonunda anbarların yandırıldığını qeyd edib.
Həmçinin Xarkov, Dnepr, Odessa, Kiyevin nəzarətində olan Zaporojye şəhəri, Xmelnitski və Ternopol vilayətlərində də çoxsaylı partlayışlar baş verib.