Operativ Məlumat Mərkəzi

KİV: Rusiya nefti hələ də Avropaya daxil olur

2 dəq
Paylaş:
KİV: Rusiya nefti hələ də Avropaya daxil olur
bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayın. Bildirilib ki, hər gün Rusiya nefti ilə yüklənmiş azı 2 tanker Hindistan limanlarına çatdırılır...

Sanksiyalara baxmayaraq, Rusiya nefti hələ də üçüncü ölkələr, xüsusilə də Hindistan vasitəsilə Avropa bazarına daxil olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayın.

Bildirilib ki, hər gün Rusiya nefti ilə yüklənmiş azı 2 tanker Hindistan limanlarına çatdırılır və ay ərzində bu tankerlərin sayı təxminən 70 olur. Qeyd olunub ki, Hindistanın sahilyanı ərazilərində aralarında dünyanın ən böyükləri də olmaqla bir sıra neft emalı müəssisələri var və burada emal edilən Rusiya neftindən əldə edilmiş dizel yanacağı daha sonra Avropaya ixrac edilir.

Məlumatda bildirilib ki, apreldə Hindistanın Avropaya yanacaq ixracı həmişəki ilə müqayisədə daha da artıb. Rafinasiya edilmiş neft məhsulları Hindistan istehsalı sayıldığından onların Aİ-yə idxalı qanunsuz sayılmır.

Əlavə olunub ki, Hindistandakı Vadinar neft emalı müəssisəsinin səhmlərinin 50%-i Rusiyanın Rosneft şirkətinə məxsusdur.

Qeyd edək ki, Aİ-nin xarici siyasət rəhbəri Cozep Borrerl bir neçə gün öncə Tvitter paylaşımında qeyd edib ki, Rusiya Aİ-nin sanksiyalarından üçüncü ölkələr vasitəsilə yayınır və bu məsələyə görə məsuliyyət daşıyanlar barəsində debat aparılmalıdır.

O, əlavə edib ki, Hindistan ona görə, Aİ-yə rafinə edilmiş neft məhsulları satır ki, Avropa şirkətləri özü birbaşa və ya dolayı yollarla alır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər