Operativ Məlumat Mərkəzi

KİV: Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir

1 dəq
Paylaş:
KİV: Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir

Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik sistemi gücləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Mənbə bildirib ki, hakimiyyət keşiş Baqratın başçılığı altında keçirilən aksiyaya məhəl qoymasa da, N.Paşinyanın təhlükəsizliyinə yönəlik tədbirləri artırır.

Məlumata görə, hökumət administrasiyası baş nazirin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni videoyazı sistemi tətbiq edib.

Həmin sistemin qurulması üçün dövlət büdcəsindən 6 milyon dram (təqribən 16 min dollar) maliyyə vəsaiti ayrılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər