Operativ Məlumat Mərkəzi

İsraildə etirazçılar parlament binasına daxil olub

1 dəq
Paylaş:
İsraildə etirazçılar parlament binasına daxil olub
bu barədə İsrailin televiziyasının 12-ci kanalı (“Channel 12”) məlumat yayıb. Qeyd olunub ki, binaya daxil olan şəxslər üzərində müxalifət şüarları...

İsraildə keçirilən aksiyalarda iştirak edən bir qrup etirazçı Yerusəlimdə Knessetin (parlament) binasına daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin televiziyasının 12-ci kanalı (“Channel 12”) məlumat yayıb.

Qeyd olunub ki, binaya daxil olan şəxslər üzərində müxalifət şüarları yazılmış geyimlə binaya daxil olub. Parlamentin təhlükəsizlik qüvvələri tərəfindən onların hərəkətlərinin qarşısı alınıb və onlar binadan kənarlaşdırılıblar.

Xatırladaq ki, Yerusəlim şəhərində Knessetin binası qarşısında hökumət əleyhinə mitinq davam edir və etirazçılar Baş nazir Benyamin Netanyahuya, onun hökumətinə, ölkənin məhkəmə sistemində təklif edilən islahatlara etiraz edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər