Əsas məzmuna keç

KİV: İsrail ordusu Xan Yunisə hücum edib, 20 nəfər ölüb

KİV: İsrail ordusu Xan Yunisə hücum edib, 20 nəfər ölüb

İsrail ordusunun döyüş təyyarələri və Xan Yunis şəhərin şərqindəki kənd və qəsəbələri hədəfə alıb. Hücumlar nəticəsində 20 fələstinli həyatını itirib,...

İsrail ordusunun döyüş təyyarələri və Xan şəhərin şərqindəki kənd və qəsəbələri hədəfə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində 20 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli də yaralanıb.

Qəzzadakı Xan Yunisdəki Nasser Xəstəxanasında yaralananlar və xəstələr üçün qan bağışlamaq üçün təcili çağırış edib.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee hesabından verdiyi açıqlamada, Xan Yunis şəhərinin şərqində Qəzzanın daha əvvəl təhlükəsiz bölgə elan etdiyi bəzi yerlərdə "əməliyyat aparılacağını" ifadə edərək, sakinlərin təxliyyəsinə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…