Operativ Məlumat Mərkəzi

KİV: HƏMAS komandiri Livanda PUA hücumu nəticəsində öldürülüb

1 dəq
Paylaş:
KİV: HƏMAS komandiri Livanda PUA hücumu nəticəsində öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Sayda şəhərində avtomobili vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının komandirlərindən biri - Samer əl-Hac ölüb. Avtomobildə olan daha bir nəfər yaralanıb.

Portalın məlumatına görə, Əl-Hac Sayda şəhərinin kənarında yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsində təhlükəsizlik xidmətinə rəhbərlik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər