Operativ Məlumat Mərkəzi

KİV: Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina edib

1 dəq
Paylaş:
KİV: Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina edib
bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb. O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini...

Suriyadakı Bəşər Əsəd hakimiyyəti Türkiyə ilə dialoqdan imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb.

O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib.

Qeyd edək ki, daha əvvəl B.Əsədin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi barədə məlumat yayılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər