Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin və İndoneziya yaxınlaşır: hərbi və iqtisadi əməkdaşlıq genişlənir

3 dəq
Paylaş:
Çin və İndoneziya yaxınlaşır: hərbi və iqtisadi əməkdaşlıq genişlənir

Çin və İndoneziya hərbi əlaqələri möhkəmləndirmək, həmçinin faydalı qazıntılar, enerji və texnologiya sahələrində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu addım Cakartanın qlobal iqtisadi və geosiyasi gərginliklər fonunda Çin və ABŞ arasında balans yaratmaq siyasəti çərçivəsində qiymətləndirilir.

İndoneziyaya səfər edən Çinin naziri Van İ və Donq Jun öz həmkarları ilə danışıqlar aparıblar.

Van İ bildirib ki, hazırkı beynəlxalq vəziyyət mürəkkəbdir və birtərəfli siyasət qlobal sabitliyə ciddi təsir göstərir. O, Çinin İndoneziya ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğulayıb.

Tərəflər , dəmir yolu nəqliyyatı, yaşıl enerji, peyk texnologiyaları və balıqçılıq da daxil olmaqla bir sıra sahələrdə birgə fəaliyyətin genişləndirilməsi barədə razılığa gəliblər.

İndoneziya Prezidenti Prabovo Subianto ölkəsinin “azad və aktiv” xarici siyasət kursunu davam etdirəcəyini, həm Çin, həm də əsas ticarət tərəfdaşı olan ABŞ ilə dostluq münasibətlərini qoruyacağını bəyan edib.

İndoneziya nikel, qalay, mis, qızıl və boksit kimi zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Çin isə bu resursların əsas alıcılarından biri hesab olunur.

Müdafiə sahəsində əməkdaşlığın da genişləndirilməsi planlaşdırılır.

Çinin Donq Jun iki ölkə arasında hərbi əlaqələrin keyfiyyət və effektivlik baxımından inkişaf etdiyini bildirib.

İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin isə iki ölkə orduları arasında birgə təlimlərin, zabit mübadiləsinin və müdafiə sənayesi sahəsində tərəfdaşlığın artırılacağını qeyd edib.

Çin İndoneziyaya böyük həcmdə birbaşa yatıran əsas ölkələrdən biridir. Bununla belə, vergi siyasəti və nikel qiymətləri ilə bağlı bəzi yeni tənzimləmələr investorlar arasında narazılığa səbəb olub.

“Contemporary Amperex Technology” və “Tsingshan Group” kimi iri şirkətlər İndoneziya bazarında fəaliyyət göstərən əsas Çin investorları sırasındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə