Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In hərbi və hərbi sənaye müəssisələri, o cümlədən nüvə silahı istehsalı ilə məşğul olan müəssisələrə müharibə hazırlığını gücləndirməyi əmr edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kim Çen In müharibə hazırlığını daha da sürətləndirmək üçün Xalq Ordusu, hərbi sənaye, nüvə silahı və mülki müdafiə qüvvələri üçün döyüş tapşırıqları təyin edib.
Bundan əlavə, Kim Çen In bu cür tədbirlərin “ABŞ və onun peyklərinin görünməmiş intriqaları ucbatından son həddə çatan Koreya yarımadasındakı ciddi hərbi-siyasi vəziyyətə” görə atıldığına diqqət çəkib.