Braziliya rəsmiləri Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin noyabrında Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirakını alqışlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Braziliyanın Xarici İşlər naziri Mauro Vieira məlumat yayıb.
“Əgər o (Rusiya prezidenti Vladimir Putin) gəlmək istəsə, biz onu Braziliyadakı görüşlərdə salamlayarıq”, - deyə baş diplomat bildirib.
Putinin gələcəyi təqdirdə həbs olunma ehtimalının olub-olmaması ilə bağlı suala Vieira deyib ki, ölkə hakimiyyəti “bunun baş tutması üçün heç bir cəhd etməyəcək”.
O, həmçinin bəyan edib ki, Braziliya Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinə qarşı həbs qərarına əməl etməyə borclu deyil.