Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixində iki dəfə "Qızıl buts" mükafatına layiq görülən ilk futbolçu olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 27 yaşlı forvard 2026-cı il Dünya Çempionatını 10 qolla başa vuraraq bombardirlər yarışının qalibi olub.
Məlumata görə, Fransa millisinin yarımfinalda mübarizəni dayandırmasına baxmayaraq, Mbappe üçüncü yer uğrunda keçirilən qarşılaşmada İngiltərə yığmasına qarşı iki qol vuraraq turnirin ən məhsuldar futbolçusu adını qazanıb.
Qeyd olunub ki, Mbappe dünya çempionatları tarixində vurduğu qolların sayına görə də Lionel Messini geridə qoyub. Fransalı futbolçunun hesabında 22, argentinalı ulduzun isə 21 dünya çempionatı qolu var.
2026-cı il mundialının yekunlarına əsasən, fərdi mükafatların əksəriyyətini turnirin qalibi İspaniya millisinin futbolçuları qazanıb. İspaniyanın yarımmüdafiəçisi Rodri turnirin ən yaxşı oyunçusu seçilərək "Qızıl top" mükafatına sahib olub. Qapıçı Unai Simon isə yeddi oyunda qapısını toxunulmaz saxlayaraq "Qızıl əlcək" mükafatını qazanıb. Gənc müdafiəçi Pau Kubarsi də turnirin ən yaxşı gənc futbolçusu seçilib.