"Kibertəhlükəsizliyin yaranmasına səbəb olan kiber hücumları kimlər edir?" - MÜSAHİBƏ

"Kibertəhlükəsizliyin yaranmasına səbəb olan kiber hücumları kimlər edir?" - MÜSAHİBƏ
07.04.2023 11:00
Aa
dəq

Kibertəhlükəsizlik elektron məlumatların ötürülməsi, emalı və saxlanılması zamanı konfidensiallığının, tamlığının və əlçatanlığının qorunması ilə bağlı təhlükəsizlik tədbirləridir. Fərdlər, özəl müəssisələr və dövlət qurumları üçün hakerlərin, virusların və zərərli proqramların kiberhücumlarının qarşısını almaq vacibdir.

Bunu  "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində "Defscope" kibertəhlükəsizlik şirkətinin təsisçisi və direktoru, İNSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin Həmtəsisçisi,  ABŞ-nin CDW şirkətinin kibertəhlükəsizlik üzrə aparıcı məsləhətçisi Vüsal Salmanlı deyib.

Kiber təhdid növlərinə viruslar, zərərli proqramlar, fişinq hücumları, ransomware, xidmətdən imtina hücumları (DDoS) və s. daxil olduğun deyən Vüsal Salmanlı, bu təhdidlərin şəxsi və ya maliyyə məlumatlarının oğurlanması, məlumatların silinməsi, maliyyə itkisi, nüfuzun zədələnməsi və biznes əməliyyatlarının dayanması kimi risklərə səbəb ola biləcəyini vurğulayaraq təhlükələrdən qorunmaq və onların potensial risklərini azaltmaq üçün kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi vacibliyini qeyd edib.

Kibertəhlükəsizliyin yaranmasına səbəb olan Kiber hücumları kimlər edir sualına cavabında "kiberhücumlar müxtəlif icraçılar, o cümlədən müxtəlif hakerlər, cinayət dəstələri, dövlətlər və dövlət tərəfindən dəstəklənən qruplar tərəfindən həyata keçirilə bilər. Bu icraçıların kiberhücumları həyata keçirmək üçün müxtəlif səbəbləri ola bilər, məsələn, maliyyə qazancı, siyasi və ya ictimai fəallıq, casusluq və ya təxribat", - deyə bildirib.

"Qeyd etmək vacibdir ki, bütün kiberhücumlar xarici icraçılar tərəfindən həyata keçirilmir, çünki işçilər və ya podratçıların (3-cü tərəf şirkətlər) daxili təhdidləri də təşkilatlar üçün risk yarada bilər".

Vüsal Salmanlı eyni zamanda Azərbaycanda kiber hücumlardan qorunmaq üçün hansı tədbirlərin görüldüyündən də danışıb:

"Ölkəmizdə bu istiqamətdə bir çox tədbirlər həyata keçirilir. Bunlardan bəziləri aşağıdakılardır:

1. Ölkəmizin milli kibertəhlükəsizlik strategiyasının və ona bağlı olaraq tədbirlər planının hazırlanması həyata keçirilmişdir.

2. Əhalinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələri üzrə maariflənmə səviyyəsinin artırılması üçün təlim və tədbirlər keçirilir.

3. Yerli peşəkar kadrların artırılması üçün müxtəlif kibertəhlükəsizlik mərkəzlərinin yaradılması, yeni təlim və tədris proqramlarının tətbiqi, sahə üzrə qeyri-hökümət təşkilatları və beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi kimi vacib tədbirlər həyata keçirilir.

4. Beynəlxalq təhlükəsizlik standartlarının və tənzimləmələrinin (ISO/IEC 27001, PCI DSS, GDPR və s.) özəl və dövlət sektorunda tətbiqi ilə bağlı tədbirlər.

5. Kiber hücumlardan qorunmaq üçün istifadə olunan ən son texnologiyalar, sistemlər və alətlərin tədqiqatı, inkişafı etdirilməsi və tətbiqi".

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu