Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kiberpolis biznes hesablarına hücum edən şəxsi saxladı

2 dəq
Paylaş:
Kiberpolis biznes hesablarına hücum edən şəxsi saxladı

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin keçirilməsi barədə müraciətlər daxil olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş -texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqlədikdən sonra Z.Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul vəsaitlərini ələ keçirib

. Sonradan o, cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək və "iz" itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı Z.Nəhmədovun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax