Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında baş tutan mühüm telefon danışığında əsas mövzu ABŞ və İran arasındakı müvəqqəti atəşkəs olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, nazirlərin müzakirəsinin diqqət mərkəzində ABŞ və İran arasında elan edilən 15 günlük müvəqqəti atəşkəs və İslamabadda başlayacaq növbəti danışıqlar prosesi dayanıb.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılıq əldə ediblər. İran öz növbəsində bəyan edib ki, bu dövr ərzində silahlı qüvvələrlə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.
Buna baxmayaraq, İsrail atəşkəs barədə qüvvədə olan qərarın Livana şamil edilmədiyini əsas gətirərək aprelin 8-də bu ölkəyə zərbələr endirib. Hadisədən dərhal sonra İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf sərt reaksiya verərək bildirib ki, Livanda atəşkəsin təmin olunması sülh planının ilk və ən vacib şərti idi.