Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hakan Fidan: "Türkiyə olmasaydı, Tramp NATO sammitinə gəlməyəcəkdi"

3 dəq
Paylaş:
Hakan Fidan: "Türkiyə olmasaydı, Tramp NATO sammitinə gəlməyəcəkdi"

Türkiyənin naziri Ankarada iyulun 7-8-də keçirilməsi planlaşdırılan NATO sammiti ilə bağlı diqqətçəkən bəyanatlarla çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, nazir bildirib ki, sammitdə müzakirə olunacaq vacib məsələlərin ABŞ prezidentinin iştirakı olmadan həlli mümkün deyil.

Fidanın sözlərinə görə, bir çox Avropa ölkəsi sammitin Türkiyə prezidentinin ev sahibliyi ilə keçirilməsinin Donald Trampın tədbirə qatılmasını mümkün edən əsas amil olduğunu vurğulayır.

"Prezidentimiz olmasa, Türkiyə olmasa, Tramp gəlməyəcəkdi və bu sammitə önəm vermədiyini faktiki olaraq bəyan etmiş olacaqdı", - deyə nazir qeyd edib.

Cənubi Qafqazdakı proseslərə toxunan Hakan Fidan "3+3" mexanizminin işlək vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb. O, Türkiyə, Rusiya, , İran, və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsinin regionun sabitliyi üçün əhəmiyyətli olduğunu bildirib.

Nazir qeyd edib ki, region ölkələri rəqabət və hökmranlıq axtarışları əvəzinə əməkdaşlığı ön plana çıxarmalıdırlar:

"Barış, hüzur və sabitlik hamımızın xeyrinə olacaq. Anlayışımızı dəyişməliyik".

Fidan, həmçinin Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatının "Orta Dəhliz"in inkişafı və bağlantısallıq baxımından mühüm addımlar atılmasına imkan verdiyini əlavə edib.

Ermənistan ilə normallaşma prosesinə gəlincə, Hakan Fidan Paşinyan hökumətinin atdığı addımları müsbət qiymətləndirib.

O, prezident Rəcəb Tayyib Ərdoğanın iradəsi ilə birbaşa ticarət və uçuşlar daxil olmaqla, bir çox mühüm addımın atıldığını xatırladıb və şərtlər yetişdikdə normallaşmaya hazır olduqlarını bəyan edib.

Bundan əlavə, nazir İran-ABŞ nüvə razılaşması, İsrailin bölgədəki siyasəti və Rusiya ilə barədə də ətraflı məlumat verib.

O, İsrailin bölgədəki dağıdıcı siyasətinin qlobal təhlükəsizliyə təhdid yaratdığını və Qəzza məsələsinin həlli üçün səylərin davam etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax