Əsas məzmuna keç

Tramp və Ərdoğan NATO sammitində Ukrayna ilə bağlı danışıqları müzakirə edəcəklər

Tramp və Ərdoğan NATO sammitində Ukrayna ilə bağlı danışıqları müzakirə edəcəklər

Türkiyə və ABŞ liderlərinin Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Rusiya-Ukrayna sülh danışıqlarının bərpası məsələsini müzakirə edəcəyi gözlənilir.

en ru

Ərdoğan və Trampın NATO Zirvəsi çərçivəsində Ukrayna-Rusiya sülh gündəmini müzakirə edəcəyi bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-nin Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində bir araya gələrək Rusiya ilə arasında sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəyi iddia olunur.

Qeyd olunur ki, Şimali Atlantika Alyansının növbəti sammiti iyulun 7–8-də Ankarada keçiriləcək və tədbirdə NATO-ya üzv 32 dövlətin liderləri, eləcə də və müdafiə nazirləri iştirak edəcək.

Məlumata əsasən, sammitə Asiya-Sakit Okean regionunun tərəfdaş ölkələri olan Yaponiya, , Avstraliya və Yeni Zelandiya nümayəndələrinin də qatılması gözlənilir.

Bildirilir ki, Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duranın açıqlamasına görə, sammitin əsas gündəliyində Avroatlantik regiondakı təhlükəsizlik təhdidləri, Ukrayna böhranı və NATO-nun cənub cinahındakı məsələlər dayanır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…