Əsas məzmuna keç

Keti Perri kosmosa səyahət edəcək

Keti Perri kosmosa səyahət edəcək

ABŞ-nin pop ulduzu Keti Perri "Blue Origin" tərəfindən təşkil edilən kosmosa uçuşda iştirak edəcək. Bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki,...

ABŞ-nin pop ulduzu Keti Perri "Blue Origin" tərəfindən təşkil edilən kosmosa uçuşda iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Firework" mahnısı ilə tanınan Perrini "Blue Origin"in sahibi Ceff Bezosun nişanlısı Lauren Sanchez, CBS-nin aparıcısı Geyl King, NASA-nın keçmiş raket alimi Aisha Bowe, vətəndaş hüquqları müdafiəçisi Amanda Nguyen və kinorejissor Kerianne Flynn müşayiət edəcək.

Bu uçuşun 1963-cü ildə Sovet İttifaqından olan Valentina Tereşkovanın solo missiyasından sonra ilk qadın kosmos səyahəti olacağını açıqlanıb.

Uçuşun dəqiq tarixi açıqlanmasa da, uçuşun yazda baş tutacağı bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…