Operativ Məlumat Mərkəzi

Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçib

1 dəq
Paylaş:
Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçib
klub fransalı futbolçunun transferini rəsmi tviter hesabından açıqlayıb. "Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək. İttihada xoş gəlmisiniz", -...

Mövsümün sonunda İspaniya "Real Madrid"indən ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, klub fransalı futbolçunun transferini rəsmi tviter hesabından açıqlayıb.

"Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək. İttihada xoş gəlmisiniz", - paylaşımda yazılıb.

"Pələnglər" 36 yaşlı forvardla 2026-cı ilin yayınadək imzalayıb.

Qeyd edək ki, "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatının son qalibidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər