“Kəpəz”dən yubiley qolu

“Kəpəz”dən yubiley qolu
07.08.2023 11:11
Aa
dəq

“Kəpəz” Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 2023/2024 mövsümünün I turunun oyununda baş verib.

Gəncədə “Neftçi”ni qəbul edən Azər Məmmədovun kollektivi Mate Kvirkviyanın penaltidən vurduğu yeganə top sayəsində 1:0 hesablı qələbə qazanıb. Gürcüstanlı yarımmüdafiəçi “Kəpəz”in öz meydanında ölkə çempionatlarında 600-cü qolunun müəllifi kimi tarixə düşüb.

Bununla da bölgə təmsilçisi evdə 600 dəfə fərqlənən üçüncü komanda olub. Yalnız “Qarabağ”la “Neftçi” rəqiblərini daha çox məyus edib.

Qeyd edək ki, “Kəpəz” həm evdə, həm də, ümumiyyətlə, ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu