Əsas məzmuna keç

Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib

Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib

bu barədə Keniya Prezidenti Uilyam Ruto xalqa müraciətində bildirib. "Yağışlar indiyədək 210 nəfərin həyatına son qoyan, infrastruktura ziyan vuran və...

Keniyada aprel-may aylarında yağan yağışlar nəticəsində artıq 210 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Keniya Prezidenti Uilyam xalqa müraciətində bildirib.

"Yağışlar indiyədək 210 nəfərin həyatına son qoyan, infrastruktura ziyan vuran və çoxlu sayda insanın xəsarət almasına səbəb olan daşqınlara səbəb olub. problemlərinə görə tətildən sonra dərslərin bərpası gecikəcək”, - o deyib.

Keniya Prezidenti həmçinin meteoroloji proqnozlara görə, yağışların mayın sonunadək və bəlkə də ondan sonra da davam edəcəyinin gözlənilməsi ilə bağlı xəbərdarlıq edib:

“Keniya Meteorologiya Xidməti ölkənin ilk dəfə siklonla qarşılaşa biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu isə sahil bölgələri üçün yaranan əlavə təhlükədir”.

U.Ruto vurğulayıb ki, hökumət 178 bəndi gücləndirməklə və insanları siklondan ən çox əziyyət çəkiləcəyi zənn edilən ərazilərdən əvvəlcədən təxliyə etməklə siklonun ehtimal olunan dramatik təsirinə hazırlaşır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #yağış#ruto
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…