Əsas məzmuna keç

Keniyada təbii fəlakət nəticəsində daha 42 nəfər ölüb

Keniyada təbii fəlakət nəticəsində daha 42 nəfər ölüb

Keniyada güclü yağışların təsirinə məruz qalan Nakuru bölgəsindəki Mai Mahiu şəhərində çöküb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nakuru qubernatoru Susan Kihika verdiyi açıqlamada bənd suyunun daşması nəticəsində palçıq altında qalan yaşayış məntəqələrində 42 nəfərin həyatını itirdiyini və xilasetmə işlərinin davam etdiyini bildirib.

Hökumətin şənbə günü verdiyi açıqlamaya görə, əksəriyyəti paytaxt Nayrobidə olan 24 min ailədə yaşayan 130 mindən çox insan ölkədə baş verən qəfil daşqınlar nəticəsində evlərini tərk edib. Keniya davam edən leysan yağışları səbəbindən bu gündən etibarən məktəblərdə semestr tətilinin daha bir həftə uzadılmasına qərar verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…