Əsas məzmuna keç

Keniyada iki təyyarə toqquşub, ölənlər var

Keniyada iki təyyarə toqquşub, ölənlər var

Keniyanın paytaxtı Nayrobidə “Safarilink Aviation” aviakompaniyasına məxsus “Cessna” və “Dash 8” təyyarələri toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə Nayrobi şəhərinin cənubunda, yaxınlığındakı Milli Park üzərində baş verib. Yeri hakimiyyət orqanlarının məlumatına görə, qəza zamanı təlim uçuşu həyata keçirən “Cessna” təyyarəsinin göyərtəsindəki iki nəfər həlak olub.

Toqquşma nəticəsində zədələnən “Dash 8” təyyarəsi hava limanına qəza enişi edib. Təyyarədəki 39 sərnişin və 5 ekipaj üzvü qəzadan sağ qurtarıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vilson hava limanı əsasən təlim uçuşları üçün istifadə edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…